Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün baş tutmalı olan triatlon yarışı təxirə salınıb.
Tezadlar.az İTV-nin canlı efirinə istinadla xəbər verir ki, bu barədə beynəlxalq federasiyanın (World Triathlon) mətbuat xidməti məlumat yayıb. Buna səbəb Sena çayında suyun keyfiyyətinin aşağı olmasıdır. Azərbaycan təmsilçisi Rostislav Pevtsovun da mübarizə aparacağı yarışın iyulun 31-də gerçəkləşə biləcəyi vurğulanıb. Lakin qurum idmançıların sağlamlıqlarının onlar üçün prioritet olduğunu əsas gətirərək bu hadisənin baş tutacağına zəmanət verməyib.
Çirklilik səviyyəsi yüksək olduğuna görə 1923-cü ildən çimməyin qadağan edildiyi Sena çayında bu il bəzi yarışlar keçirilir... Makron isə çirkli siyasətdən əl çəkib bu çayın çirkini təmizlətməklə məşğul olsa daha yaxşı addım kimi dəyərləndirilərdi... Bu həm də ekologiyaya töhfə olardı...
Paris-2024 isə avqustun 11-də başa çatacaq.