Bu ilin noyabr ayında Bakıda Beynəlxalq COP29 konfransının keçirilməsilə əlaqədar məktəblərdə 2024-cü il noyabrın 12-dən 22- dək payız tətili elan olunub.
"Təzadlar" xatırladır ki, bununla bağlı qərarı bu gün avqustun 1-də baş nazir Əli Əsədov imzalayıb. Peşə, orta ixtisas və ali təhsil pillələri üzrə təhsil müəssisələrdə isə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12- dən 22-dək distant formada təhsilə keçid elan edilib. Bu qərar xüsusi təhsil müəssisələrinə şamil edilmir.
Beləliklə, Bakı bu payız daha bir möhtəşəm beynəlxalq konfransa ev sahibliyi edəcək...
A.Məmmədli