Makronun ölkəsində keçirilən bu dəfəki olimpiya oyunları məzhəkəyə meydan olmaqdadır... Politoloq Yeganə hazıyeva bu barədə maraqlı status paylaşıb. Sitat: "Paris Olimpiya Komitəsi, görünür, səs-küylü qalmaqalları əsas media strategiyası kimi müəyyən edib. Çünki qadın boks turnirində kişi olduğu üçün əvvəllər qadın yarışlarından kənarlaşdırılmış iki trans idmançının iştirakına icazə verməsini belə izah etmək olar.
Turnirdə bioloji iki kişi- 66 kq-a qədər çəki dərəcəsində Əlcəzairli İman Xelif, 57 kq-a qədər çəki dərəcəsində tayvanlı Lin Yutinq qadın yarışlarına qatılıb. Hər ikisi 2023-cü ildə New-Dehli də keçirilən qadınlar arasında boks üzrə dünya çempionatında biolojı kişi olduqlarına görə diskvalifikasiya ediliblər. 2023-cü ildə onların diskvalifikasiyasını şərh edən Beynəlxalq Boks Assosiasiyası rəsmi bəyanat yaymışdır. Bəyanatda deyilirdi ki, “iştirakçılar arasında aparılmış məcburi DNT testlərinin nəticələrinə əsasən, həmkarlarını aldatmağa cəhd edən və özünü qadın kimi göstərən iki idmançı müəyyən edilmişdir.
Genetik testlərin nəticələrinə əsasən, onların kişi xromosomlarına malik olduqları sübut edilib və buna görə də qadın yarışlarından kənarlaşdırılıb”.
Paris Olimpiya Komitəsi isə Beynəlxalq Boks Assosiasiyasının qərarını ləğv edib, əvəzində hər iki kişinin qadın yarışında iştirakını təmin etməyə qərar verib.
İtaliyalı qadın bokseru üzündən vuran Əlcəzairli trans İman Xelif yarımfinalda Türkiyəli dünya və Avropa çempiyonu Busenaz Sürmeneli ilə yarışacaq.
Yəğin bizim qız göstərər bu transa xərçənglər harda qış yuxusuna gedir…".
Bu da Makronun oyunları... Qadını kişi, kişini qadın etmə texnologiyası budursa...
A.Məmmədli