Ədliyyə Nazirliyi sabiq deputat Hüseyn Abdullayevin vəziyyətini açıqlayıb...
Bu barədə "Təzadlar"a Ədliyyə Nazirliyindən bildirilib. Məlumatda deyilir ki, H.Abdullayev bu ilin iki avqust tarixində ürək nahiyəsində olan narahatçılıqla bağlı Bakı istintaq təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib: "Həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib. H.Abdullayevin səhhəti həkim nəzarətindədir."