Rusiya Aerokosmik Qüvvələrinin Su-34-ün ekipajı Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və zirehli texnikasının cəmləşdiyi ərazini aviasiya bombaları ilə məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Aerokosmik Qüvvələrin Su-34 çoxfunksiyalı aviasiya kompleksinin ekipajı Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələri bölmələrinin canlı qüvvəsi və zirehli texnikasının cəmləşdiyi yerə zərbələr endirib. Zərbə universal planlaşdırma və korreksiya modulu ilə modernləşdirilmiş hava bombalarından istifadə edilməklə, kəşfiyyatlı, kamuflyaj edilmiş düşmən hədəflərinə qarşı həyata keçirilib”, - məlumatda deyilir.
Rusiya Müdafiə Nazirliyi dəqiqləşdirib ki, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin və zirehli texnikasının məhv edilməsi barədə kəşfiyyat məlumatlarından təsdiq alan ekipaj uçuş aerodromuna qayıdıb.
E.ŞİRİNOV