Bəhyəddin Mirzəyev, Sovet İttifaqı Qəhrəmanı 

BU GÜN HƏM DƏ ONLARIN GÜNÜDÜR...

Daha doğrusu, Azərbaycan Respublikası  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Hərbiləşdirilmiş Mühafizə İdarəsinin ( HMİ) yaranmasının 27 ili tamamlanır.

Tezadlar.az nazirliyin saytına istinadla xatırladır ki, 1997-ci il sentyabrın 9-da  yaradılmış Hərbiləşdirilmiş Mühafizə İdarəsi Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilib, müstəqil qurum kimi fəaliyyətini davam etdirmişdir. 

RƏSMİ TƏQDİMAT: "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin strukturuna daxil olan təşkilatlarda və struktura daxil olmayan tabeliyindəki qurumlarda, habelə digər qeyri-nəqliyyat və rabitə obyektlərində mühafizə, nəzarət-buraxılış rejimi, yanğın təhlükəsizliyi, baş verə biləcək təxribatlara və digər neqativ hallara qarşı mübarizə, həmçinin digər təhlükəsizlik tədbirləri həyata keçirən mühafizə xidməti idarəsidir. Hələ keçmiş SSRİ dövründən  fəaliyyət göstərən, əvvəlki Rabitə Nazirliyinin tabeliyində olan Hərbiləşdirilmiş Mühafizə İdarəsinin keçdiyi tarixi yol var. 1945-ci ildən 1994-cü ilə qədər rabitə obyektlərinin qorunması, mühafizəsi o vaxtlar yaradılmış 53-cü Hərbiləşdirilmiş Mühafizə Dəstəsi tərəfindən təmin edilirdi və 1945-ci ildən həmin dəstəyə Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyev rəhbərlik edib.  1992-ci ilin sentyabr-oktyabr aylarında həmin Hərbiləşdirilmiş Mühafizə Dəstəsi Rabitə Nazirliyinin tabeliyində olan birlik, idarə və müəssisələrə təhkim olunub. 

1725897164331

1990-cı illərdə ölkə daxilində ermənilərin metroda, avtobuslarda və başqa yerlərdə törətdiyi terror aktlarını və respublikanın müharibə şəraitində olduğunu nəzərə alaraq, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi və ərazidə hər hansı təxribat hallarının qarşısını almaq məqsədi ilə 09.09.1997-ci il tarixindən rabitə nazirinin 149 saylı əmri ilə Hərbiləşdirilmiş Mühafizə İdarəsi yaradılıb. 
HMİ yarandığı gündən rabitə obyektlərinin mühafizəsini, nəzarət-buraxılış rejimini təmin etməklə, yanğın təhlükəsizliyinə nəzarət edir və öz səlahiyyətləri daxilində digər təhlükəsizlik tədbirlərini həyata keçirərək fəaliyyət göstərir.

***
1-e-3

Bəli, bu gün onların günüdür! Gününüz mübarək!

Elçin MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN