İrəvanda Ermənistan və Fransa Xarici İşlər nazirliklərinin nümayəndələri çıxış ediblər.

Görüş beynəlxalq forum çərçivəsində baş tutub.

TEZADLAR.AZ xəbər verir ki, çərşənbə günü, sentyabrın 11-də Ermənistan Xarici İşlər Nazirliyinin baş katibi ilə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin baş katibinin müavini arasında görüş keçirilib.

Bu barədə Ermənistan XİN məlumat yayıb.

David Karapetyan və David Bertolotti arasında danışıqlar “İrəvan dialoqu” forumu çərçivəsində baş tutub. Söhbətin əsas mövzusu iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı məsələlər olub. Xüsusilə, tərəflər nazirliklər arasında qarşılıqlı fəaliyyət üçün yeni imkanlar və formatlar barədə danışıblar.

Xatırladaq ki, “İrəvan dialoqu” forumu sentyabrın 10-u və 11-də keçirilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN