Nəhayət, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskvanın maraqlarını nəzərə almadan Ukrayna böhranını həll etmək mümkün deyil.

Tezadlar.az Rusiya XİN-nin saytındakı məlumatlara istinadla bu qərara gəlir ki, Rusiyanın siyasi rəhbərliyi də hərbi münaqişədən cana doyub. Çünki ortada qələbə yox, əksinə iqtisadi- hərbi böhran dayanır... 

 Zaxarova isə bildirib ki, Rusiya rəhbərliyi Ukrayna Prezidenti Volodmir Zelenskinin təklif etdiyi “sülh sammitində” iştirak etməyəcək. Onun sözlərinə görə, belə bir prosesin nizamlanma ilə heç bir əlaqəsi yoxdur. Sitat: "Eyni zamanda, Rusiya böhranı siyasi və diplomatik kanallarla həll etməkdən imtina etmir, mövcud vəziyyəti, geosiyasi reallıqları və Rusiya Prezidenti Vladimir Putin tərəfindən formalaşdırılmış təşəbbüsü nəzərə alan ciddi təklifləri müzakirə etməyə hazırdır”.

Beləliklə, tərəflərin ikisi də sülh istəyir, amma ortaq məxrəcə gəlib masa arxasında əyləşə də bilmirlər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN