42 saylı mətkəbin direktoruna bir əncam çəkən olsaydı valideynlərin də, uşaqların da canı qurtarardı...
Bu sözləri müğənni Samir Piriyevin həyat yoldaşı Anara Fətəliyeva paylaşdığı videoda deyib.
O övladının təhsil aldığı məktəbin direktoru tərəfindən məzəmmət edilməsini düzgün hesab etməyib.
Onun sözlərinə görə, qızı məktəbə uyğun boz rəngli ətək geyinibmiş, lakin direktorun gözləri rəngi düzgün "tanımadığı" üçün övladına əsassız xəbərdarlıq olunub.
"Bir direktor nə qədər bekar ola ki, qapıda dayanıb ətəklərin rənginin açıq və ya tünd olduğuna fikir verə. Hər sinifdə 40-43 uşaq var. Pandemiyadan çıxan ölkədə sinifdə 40-dan çox uşaq olur. Gedin, sinifləri ayırın, uşaqların sayını azaldın, mənasız kitabların, iş dəftərlərinin sayını azaldın. Onda bir zəhmət əlinizdə tərəzi ilə dayanın qapıda çantaların çəkisini ölçün.
42 saylı mətkəbin direktoruna bir əncam çəkən olsaydı valideynlərin də, uşaqların da canı qurtarardı. Yaxşı ki, mən Fərəhin yanında idim. O uşağı orada mənsiz biabır etsəydi, bilmirəm direktoru nə edərdim. Uşağı kənara çəkib deyir ki, əynindəki ətək məktəb üçün deyil. Mən də ona sual verdim ki, nə ətəyidir? Bazar, klub ətəyidir? Məktəb ətəyidir də… Məktəb ətəyi nə rəngdə olur. Cavab verir ki, Fərəhin ətəyi ağ rəngdədir. Amma düz demir, çünki Fərəhin ətəyi boz rəngdə idi. Ona dedim ki, sizə rəngləri ayırd edə bilmirsiniz. Mən sizə rəngləri öyrədəcəyəm. Bəlkə gedəsiniz təqaüdə çıxasınız. Artıq rəngləri də tanımırsınız. Bu direktor özünü nə hesab edir? O gün də bir məktəbli qızın üstünə qışqırıb", - deyə bildirib.
Qeyd edək ki, bir neçə ildir Azərbaycanda orta məktəblər vahid məktəbli formasına keçilib. Bu məktəbli geyimlərinin müxtəlif çeşidləri, rəngləri mövcuddur. Hətta yerli və xarici ölkə istehsalı, bahası-ucuzu da var. Hər məktəb özü bəyəndiyi çeşidi , rəngi seçib və valideynlərə də məktəbin seçimi ilə məktəbli forması almaq barədə xəbərdarlıq edilir. Yəni heç bir şagirdin geyimi digərlərinkindən seçilməməlidir və valideynin cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hər bir kəs məktəbin, nazirliyin tələbinə uyğun şəkildə övladını geyindirib məktəbə yola salmalıdır.
Y.Məmmədli