Türkiyənin milli hərbi sənayesi pilotsuz döyüş sistemlərinin işlənib hazırlanması sahəsində sürətlə dünya liderliyinə yüksəlməkdədir.

 xəbər verir ki, xüsusən də 44 günlük Qarabağ müharibəsindən sonra dünyanın gündəmindən hələ də düşməyən “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin ardınca Türkiyənin “Baykar Savunma” şirkəti daha yüksək döyüş qabiliyyətinə, daha üstün göstəricilərə malik “Akıncı” pilotsuz təyyarələrinin seriya istehsalına başlayıb.

 

Lakin digər hərbi sənaye şirkətləri də boş dayanmır və yeni insansız sistemlərin işlənib hazırlanması sahəsində dünyanı təəcübləndirməkdə davam edirlər. Məsələn, bu yaxınlarda “Asisguard” firması tərəfindən işlənib hazırlanan, pulemyotla və avtomatik qumbaraatanla silahlanmış “Songar” kvadrokopterinin xüsusi təyinatlıları daşıyan zirehli maşına inteqrasiyasını həyata keçirib. Bu, dünyada hədəfə atıcı silahlarla atəş aça bilən ilk drondur və mütəxəssislərə görə, gələcəkdə asimmetrik savaşların gedişini əhəmiyyətli dərəcədə dəyişdirə bilər.

 

Bu günlərdə isə Ankarada mənzillənmiş digər hərbi-sənaye şirkəti “Troy Teknoloji Savunma” mini və mikro pilotsuz uçan aparatlar üçün nəzərdə tutulmuş ağıllı mini-raketin ilk sınaqlarını keçirib. 40 millietmetr çaplı, cəmi 17 santimetr uzunluğundakı raket kiçik olsa da 2 kilometr məsafədən hədəfə dəqiq zərbə endirməyə imkan verir. Bu raketlər Türkiyənin istehsalı olan müxtəlif tipli PUA-larda tətbiq edilə bilər. Raketin ağırlığı cəmi 500 qramdır, nəticədə mini PUA-lar azı 6 belə raket daşıya biləcək. Raketin hədəfə 100-500 metr hündürlükdən effektiv atışı həyata keçirilir.

 

Raketlər xüsusən yüksək dağlıq ərazilərdə döyüşlər zamanı effektiv olacaq, lakin onları şəhər döyüşlərində, antiterror əməliyyatlarında  də tətbiq etmək mümkündür.

Digər hərbi sənaye şirkəti-“ASELSAN”ın törəməsi olan “Dasal Aviation Technologies” isə çəkisi cəmi 600 qram olan “Saka-2” kəşfiyyat-müşahidə dronunu işləyib hazırlayıb. “Saka-2” özünün texniki göstəricilərinə, proqram təminatına  görə xarici analoqlarını ötüb keçir, uçuş məsafəsi 2 kilometrə qədərdir, 25 dəqiqəyə qədər havada qala bilir. Layihənin rəhbəri Yusuf Ziya Kotil bildirib ki, mikro-dron quru, hava və dəniz əməliyyatlarında tətbiq edilə biləcək. 

“Saka-2”habelə  mağara kimi sığınacaqların uzaqdan izlənilməsini, habelə hərbi kalonların önündə uçaraq qarşıdakı təhlükələrin qeydə alınmasını təmin edə bilər. O, dron üzərində çalışmaların davam etdiyini və çəkisinin 500 qramın altına düşürüləcəyini bildirib. Gələcəkdə “Saka-2” sürü halında uçan dronlar konsepsiyasında da tətbiq edilə bilər.

Yusuf Ziya Kotil dronun cibə yerləşəcək qədər kiçik olduğunu, cəmi bir neçə saniyə ərzində uçuşa hazır vəziyyətə gətirildiyini deyib. Dron ASELSAN şirkətinin proqram təminatı ilə çalışır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN