"İsrailin İrana müdaxiləsi ən çox Rusiya Prezidenti Vladimir Putinə lazımdır.
Rusiyada artan inflyasiya və azalan ixrac gəlirləri Rusiya iqtisadiyyatında ciddi problemlərə səbəb olub...". Tezadlar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. Məlumatda deyilir: “Rusiya iqtisadiyyatı getdikcə öz xəttindən uzaqlaşır. Bu baxımdan Yaxın Şərqdə eskalasiyanın artması Rusiyanın gəlirləri üçün həyatidir. Lakin Rusiya rəhbərliyi Yaxın Şərqdə eskalasiyanın Rusiyanın da hərbi müdaxiləsinə səbəb ola biləcəyi xəttə qədər genişlənməsinə maraqlı deyil".