Hakim “Gürcü Arzusu” partiyası Prezident Salome Zurabişviliyə qarşı yenidən impiçment proseduru başladacaq.
Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, xəbər verir ki, bu barədə parlamentin spikeri Şalva Papuaşvili keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, qərarın verilməsinə səbəb hələ də xaricə icazəsiz səfərlərdir. O, parlament çoxluğu olan “Gürcü Arzusu”nun ölkə prezidentinə qarşı impiçment prosedurunu yenidən başlatmaq qərarına gəldiyini, Zurabişvilinin yeni çağırış parlamentin ilk sessiyalarında azı 100 səslə impiçment ediləcəyini qeyd edib. Papuaşvili Zurabişvilinin konstitusiyanı pozduğunu, lakin “radikal müxalifət” nümayəndələrinin dəstəyi ilə öz vəzifəsində qaldığını əlavə edib.
Xatırladırıq ki, birinci impiçment proseduru 18 oktyabr tarixində yetərli səs toplamadığı üçün baş tutmayıb.