İndiyədək Laçına 3200-ə yaxın əhali köçürülüb. Onlardan 2100-ü Laçın şəhərində, 1100 nəfəri isə Sus və Zabux kəndlərində məskunlaşıb.

Bu sözləri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov söyləyib.

O bildirib ki, Sus kəndinin yaxınlığındakı Bəylik kəndinə də 2025-2026-cı illərdə 91 ailənin köçürülməsi planlaşdırılır. Ümumiyyətlə, Güləbird və Bəylik kəndlərində tikinti işləri aparılır.

Məsim Məmmədovun sözlərinə görə, 2025-2026-cı illərdə Qorçu və Şəlvə kəndlərinin də inşası planlaşdırılır.

AzərTac

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN