Tanınmış aktyor, təpədən dırnağa qədər Vətən sevdalı, yurd istəkli, Respublikanın Əməkdar artisti, “Qızıl qılınc” mükafatı laureatı Ağalar Bayramova həsr edilmiş “Mənəm, Ağalaram, şeir deyirəm” adlı kitab işıq üzü görüb...

Tezadlar.az xatırladır ki, kitabda Respublikanın görkəmli söz, sənət adamlarının, tanınmış ziyalıların, yazarların Ağalar Bayramova həsr etdikləri publisistik məqalələr, şeirlər və xatirələr yer alıb. “Elm və təhsil” nəşriyyatında çap olunan kitab  “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini Çingiz Abbasovun maddi dəstəyi, Ramiz Qusarçaylının redaktorluğu və İradə Aytelin tərtibatı ilə işıq üzü görüb.

Bu kitab dəyərli sənətkarımızdan bu günə ərməğan, gələcəyə isə bir xatirə kimidir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN