Gürcüstanda parlament seçkiləri öncəsi siyasi gərginlik durmadan artır...
Belə ki, "Bir çox şey Gürcüstanda hökumət çevrilişinə hazırlıqların davam etdiyini göstərir", - deyən parlamentin sədri Şalva Papuaşvilinin sözlərinə görə, oktaybrın 27-nə qeyri-konstitusion hökumət dəyişikliyinə hazırlıqlar aparılır: “Bir çox şey göstərir ki, oktaybrın 27-nə və qeyri-konstitusion hökumət dəyişikliyinə hazırlıqlar davam edir. Bunu çevriliş və ya başqa bir şey adlandıra bilərsiniz. Bu, 2020-ci ildəki cəhdin təkrarıdır”.
Sədr, həmçinin müxalifətin seçki kampaniyasının ölkə xaricindən idarə olunduğunu əlavə edib.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri baş tutacaq. İndidən siyasi qüvvələrin kəskin dartışması aydın görünür. Qərb və Rusiya isə bu işdə idarəedən kimi duyulur. Bu barədə Gürcüstan mediası açıq yazır...
A.Məmmədli