Asif Mərzili: «Vəkil qanunvericiliyin tələblərinə zidd olaraq təhdid və təzyiq formasında bizdən mənbə tələb edir…»

«Təzadlar» qəzetinin və eyni adlı saytın rəhbəri, Avropa Mətbuat Federasiyasının üzvü, Türkiyənin 4 saytının köşə yazarı, Trtajans Media Holdinqinin Azərbaycan təmsilçisi Asif Mərzili vəkil Bəxtiyar Hacıyevin barəsində Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri cənab Anar Bağırova şikayət təqdim edib.

 Baş redaktor şikayətində bildirir ki, bir neçə gün əvvəl redaksiyaya daxil olmuş şikayət xarakterli məlumatlar əsasında əməkdaşlar tərəfindən araşdırmalar aparılıb. Məlumatlarda "SOCAR PETROLEUM" QSC-nin əməkdaşı Əkbərli İlqar Pənah oğlunun barəsində Bakı şəhərinin Nərimanov və Səbail rayon məhkəmələri tərəfindən müxtəlif vaxtlarda çıxarılmış Qərarlara istinadla tezadlar.az saytının dünənki buraxılışında "SOCAR PETROLEUM\" QSC-NİN MƏSUL ƏMƏKDAŞI HƏBS OLUNUB» başlıqlı məlumat verilmişdir. Hansı ki, Nərimanov rayon Məhkəməsinin (İş № 3(005)-3360/2024 21.10.2024-cü il tarixli) Qərarda deyilirdi: « -Əkbərli İlqar Pənah oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin». «Bu gün-23.10.2024-cü il tarixdə, səhər saatlarında Əkbərli İlqar Pənah oğlunun vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Hacıyev Bəxtiyar Yusif oğlu (804-VK, FİN:0YWGJSA) özünə məxsus mobil telefondan mənə məxsus telefona zəng edərək vəkil etikasına uyğun gəlməyən formada təhdidlər edərək məndən həmin məlumata dair mənbə tələb etməyə başladı. Mən onu başa salmağa çalışdım ki, barəsində inzibati qərar verilmiş Əkbərli İlqar Pənah oğlu da redaksiyaya zəng edib, həmin məlumatın saytdan silinməsini xahiş edib. O, hətta çoxsaylı saytlarda yayımlanmış bu cür məlumatları özü və vəkili (B.Hacıyev) tərəfindən zəng edilərək saytlardan sildirdiklərini bildirib və s. Biz ondan çox saytdan bu məzmunlu məlumatların silindiyinin şahidi olduq… Mən İ.Əkbərliyə onu da başa saldım ki, əvvəla, hər bir jurnalist öz əməlinə cavabdehdir və biz saytdan şikayətçi tərəfin razılığı olmadan yazı silmirik. İkincisi, qanunvericiliyin tələblərinə uyğun olaraq narazı tərəfin yazılı, əsaslandırılmış müraciəti və ya təkzibi olarsa, onu yayımlaya bilərik. Belə bir hal hələki tərəfinizdən yoxdur. Vəkil Bəxtiyar Hacıyev isə guya Bakı Apellyasiya Məhkəməsinin Nərimanov rayon Məhkəməsinin məlum qərarını ləğv etdiyini bildirərək təkrarən redaksiyadan təhdid və hədə formasında şikayətin mənbəyini tələb etməyə başladı. Əgər belə bir qərar var idisə, redaksiyaya niyə göndərilməmişdir? Hansı ki, «Media haqqında» Qanunu 5-ci maddəsində yazılır: «Maddə 5. Media azadlığı

 5.1. Azərbaycan Respublikasında media azaddır.

5.3. Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

5.4. Media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir.

5.5. Media sahəsində fəaliyyət azadlığı yalnız bu Qanun və media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.

Maddə 6. Jurnalist fəaliyyətinin təminatı

6.2. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir.

6.3. Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi (şərh verilməsi) ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir». Vəkil isə bunları bilə-bilə, təhdid etməkdən çəkinmədi, bizi məhkəmə ilə hədələdi… Cənab A.Bağırova şikayətimdə də bunları qeyd edərək bildirmişəm vəkilin heç bir əsaslandırılmış yazılı müraciəti olmadan təhdid formasında redaksiyadan mənbəni tələb etməsi, məhkəmə ilə hədələməsi peşə fəaliyyətimizə birbaşa müdaxilədir və bu Azərbaycan qanunvericiliyində məsuliyyət yaradır, eləcə də vəkil etikası ilə bir araya sığmır. Vəkil Bəxtiyar Hacıyev bilməli idi ki, «Media haqqında» Qanunda mənbənin gizli saxlanılmasının hüquqi əsasları necədir… Axı biz iki məhkəmə qərarına istinad etmişik, narazı tərəfin əsaslandırılmış sübutları və ya təkzibi varsa, buyursun, yayımlayaq...».

Asif Mərzili şikayətində cənab A.Bağırovdan Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Hacıyev Bəxtiyar Yusif oğlunun barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir.

Onu da qeyd edim ki, şikayət Azərbaycan Vəkillər Kollegiyasının dəftərxanasına rəsmən qəbul edilmişdir. 

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN