BANM-nin tələbəsi Vüqar Nəsirli xərçəng xəstəliyindən əziyyət çəkir.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial media hesabında etdiyi paylaşımda bildirib.
Rektor yüksək balla BANM-yə qəbul olunmuş tələbəsinin xəstəliyi səbəbindən maddi dəstəyə ehtiyacı olduğunu vurğulayıb .
"Vüqar Nəsirliyə dəstək zamanıdır!
Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Vüqar Nəsirliyə qan xərçəngi diaqnozu qoyulub. Hazırda müalicə üçün Türkiyədədir. Vüqarın kimyaterapiya və ilik transplantasiyası üçün böyük məbləğdə maliyyə dəstəyinə ehtiyacı var.
Bu çətin zamanda BANM ailəsindən, dostlardan, məzunlarımızdan və məni tanıyanlardan xahiş edirəm ki, Vüqar üçün dəstək olsunlar. Hər bir yardım onun üçün böyük əhəmiyyət kəsb edir.
Kürdəmir şəhərindəki 1 saylı tam orta məktəbdən məzun olan Vüqar Nəsirli 645 bal toplayaraq rayon 7-cisi olmuşdu.
Eyni zamanda, Vüqarın əkiz qardaşı İlqar Nəsirli də Bakı Ali Neft Məktəbində təhsil alır. İlqar isə 656 balla rayon ikincisi idi.
Sizin dəstəyinizə ehtiyacları var!
Kart nömrəsi: 5522 0993 6126 6497 (Azərbaycan Beynəlxalq Bankı)
Hörmətlə,
Elmar Qasımov", -deyə rektor qeyd edib.
Biz də hər bir imkanı olan şəxsi Vüqarın xəstəliyinə biganə qalmamağa səsləyirik.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN