Fransa Prezidenti Emmanuel Makron “Avronu qloballaşdırmaq lazımdır” kimi bəyanatlar səsləndirməkdədir, o qeyd edir ki, əgər biz şirkətlərimizi dollardan müdafiə etmək istəyiriksə, avronu böyük ölçüdə qloballaşdırmaq vacibdir... 

Makronun bu açıqlamasını şərh edən Strateji Planlaşdırma və Araşdırmalar İnstitunun rəhbəri Azad Məsiyev “Təzadlar”a bunları bildirdi:

-Dünyada belə bir fikir formalaşıb ki, müasir dünyamızda dəyərlər Avropa standatlarına uyğun olmalıdır, bu müxtəlif sahələrdə öz əksini tapmaqdadır. Dünya dövlətləri istər iqtisadi-siyasi baxımdan, istərsə də texnaloji, hətta   cəmiyyətin idarə olunmasında qəbul etdilən qanunları belə Avropa standartlarına uyğunlaşdırmaqdadırlar. Müasir sivlizasiyanın mərkəzi kimi Avropa kiriteyilarını tətbiq etməkdədir. Bunun nəticəsidir ki, Avropa Birliyi (AB) formalaşıb inkişaf etməkdədir. Bu baxımdan, dünyanın super gücü olan ABŞ Avropanı özünün qeyri- rəsmi ştatı sayır və bu məqsədlə həmişə AB təsiri altındadır , özündən asılı vəziyyətdə saxlamaqdadır. Bununla da ABŞ Avropaya sahib olmaqla dünyaya sahib olmaq imkanları əldə etmiş olur. ABŞ-ın isə dünyanın idarə edilməsində əsas silahlarından  biri, deyərdim ki, əsası dünya valyutası olan dollarıdır, bu ABŞ-ın strateji baxımdan ən vacib elementlərindəndir. ABŞ dollara təhlükə yarada biləcək bütün halları aradan qaldırmağı özünün ali məqsədi hesab edir. Yaxın keçmişimizə nəzər salsaq görərik ki, hansı dövlət xarici ticarətində ödəniş vasitəsi kimi dollardan imtina edibsə, həmin dövlətlərdə dövlət çevirişləri və ya hakimiyyət dəyşikliyi baş verib. Misal üçün, yaxın şərqdə bir -birinin ardınca baş vermiş çevrilişləri yada salın... Xüsusən də ki, Liviyanın keçmiş rəhbəri Müəmmər Qəzzafi ilə Fransanın sabiq prezidenti Nikola Sarkozi arasında razılıq əldə edilməsini göstərə bilərəm. Bu iki dövlət öz aralarında ticarət əlaqələrini dollardan imtina edərək, digər mübadilə vasitələrin istifadə etməklə aparılması razılığına gəlmişdilər. Bu anlaşmanın nəticəsi dünya ictimaiyyətinə yaxşı bəllidir. Müəmmər Qəzzafi  öldürüldü, Nikola Sarkozinin barəsində cinayət işi qaldırıldı və s.

-Avropa Birliyi yaradılanda onun iqtisadiyyatı, yəni dominantlığı üç əsas dövlətin bazası əsasında bərqərar edilmişdi. Amma...

-Bəli, bu dövlətlər Almaniya, İngiltərə və Fransa idi. Ümumilikdə, AB iqtisadiyyatının güclənməsi, nəticə etibari ilə pul vahidi olan avronun dəyərinin möhkəmlənməsinə səbəb oldu, bu isə ABŞ-ın dollarına problem yaratmaqda idi. AB iqtisadiyyatının, avronun güclənməsi isə ABŞ-ın strategiyasına mane olurdu, təbii olaraq bunun qarşısını almaq üçün ABŞ öz maraqlarına uyğun olaraq tədbir görməli idi. Bunun da nəticəsi kimi   İngiltərənin AB-dən çıxmasını qeyd etmək olar, bu da təsadüfi deyildi. Qeyd etmək yerinə düşər ki, istənilən toplumda siyasətin iqtisadiyyata, iqtisadiyyatın da siyasətə bağlılığı var, bunlar bir-birini tənzimləyir. Belə ki, AB-nin iqtisadi və siyasi baxımdan güclənməsi ABŞ-ı çox narahat edir. ABŞ-ın planları ilə İngiltərənin birlikdən çıxması siyasi baxımdan AB-nin zəifləməsinə hesablanmışdır. ABŞ-ın Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalarına AB-ın da daxil edilməsi Rusiya ilə yanaşı AB  iqtisadiyyatının da zəifləməsinə hesablanmış strateji planın tərkib hissəsi idi. Başqa bir misalı xatırlatmaq yerinə düşərdi. İqtisadiyyatın inkişafı üçün enerji xüsusi rol oynayır, bu baxımda AB-ın aparıcı dövəti olan Almaniya ilə Rusiya arasında "Şimal axını-2" layihəsinin inşası vacib məsələdir. Bu layihənin işə düşməsi dolayısı olaraq AB iqtisadiyyatının güclənməsi deməkdir. Bildiyiniz kimi, ABŞ "Şimal axını-2" layihəsinin baş tutmaması  üçün əlindən gələni edir, hətta Almaniya dövətini hədələyir. Qeyd etdiyim layihənin tikintisində iştirak edən şirkətlərə sanksiyalar tətbiq etməkdən belə çəkinmir. ABŞ bu layihəyəyə mane olmaq üçün yayındırıcı siyasi bəhanələr gətirməklə məqsədini gizlətməyə çalışır. AB iqtisadiyyatının zəifləməsinin nəticəsi olaraq isə pul vahidi olan avronun dəyərdən düşməsi deməkdir. Belə olan təqdirdə AB-nin idxal-ixrac əməliyyatları, iqtisadiyyatı dollardan asılı vəziyyətə düşməklə yanaşı, siyasi asılılığı da qaçılmaz edir. Bundan başqa, son zamanlar AB-nin öz təhlükəsizliyini qorumaq üçün birliyin vahid ordusunun yaradılması ideyasını gündəmə gəlməsi NATO rəhbərliyini ciddi narahat edir, AB-nin vahid ordusunun yaradılması NATO-nun yoxluğu deməkdir. Bildiyiniz kimi, ABŞ məqsədinə çatmaq üçün NATO-dan hərbi- siyasi vasitə kimi istifadə etməkdədir. Vahid Avropa ordusu yaradıldığı halda isə ABŞ hərbi- siyasi vasitə kimi istifadə etdiyi güc rıçağını itirmiş olur, bu isə ABŞ tərəfindən məqbul sayıla bilməz. Prezident Emmanuel Makronun “Avronu  qloballaşdırmaq lazımdır!” kimi bəyanatlar verməsi isə siyasi reallıqdan uzaqdır. Bunun üçün AB siyasi və iqtisadi baxımdan tam müstəqil olmalıdır. Beləliklə, AB dünya siyasi arenasında yeni qlobal güc mərkəzinə çevrilməyi planlaşdırırsa, bu onu göstərir ki, AB və ABŞ arasında ciddi siyasi fikir ayrılıqları meydana gəlmişdir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN