Halı pisləşən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini Rustavidəki təcridxanadan başqa yerə aparıblar...
Belə ki, Mixeil Saakaşvilinin saxlanıldığı həbsxanadan helkopterlə hara köçürülməsi ilə bağlı Penitensiar Xidmət rəsmi məlumat yayıb. "Təzadlar" Gürcüstan KİV-lərinə istinadla bildiri ki, onun Qldanidə yerləşən 18 saylı Cəzaçəkmə Müəssisəsində yer alan məhkumlar xəstəxanasına köçürüldüyü bildirilir. Məlumata əsasən, Saakaşvilinin köçürülməsinə səbəb, səhhətinin pisləşməsinin qarşısını almaq məqsədi olub: "Məhkum Mixeil Saakaşvilinin səhhətinin pisləşməsinin qarşısını almaq və təhlükələrin artması ilə əlaqədar o, 12 saylı Cəzaçəkmə Müəssisəsindən 18 saylı Cəzaçəkmə Müəssisəsində yer alan məhkumlar xəstəxanasına köçürülüb. Biz mərhələli şəkildə ictimaiyyətə əlavə məlumat verəcəyik", - deyə Penitensiar Xidmət açıqlamasında qeyd edib.
Müxalifət isə bəyan edib ki, Saakaşvili aza edilməyənədək Tbilisidəki mərkəzi meydan azad edilməyəcək...
A.Məmmədli