Paytaxtın Rumyantsev Ticarət Mərkəzinin uzun dəhlizində ayaq altına salınmış bayrağımız soydaşımız Elnur bəyin sayəsində dərhal yığışdırılıb...

"Təzadlar"ın ötən yazılarında qeyd etmişdik ki, Hollandiyada yaşayan  və Avropada nəşr olunan “Xudafərin” jurnalının, həmçinin eyni adlı saytın təsisçisi və baş redaktoru Elman Mustafazadənin vətənini, elini, dövlətini sevən insanları bir araya gətirdiyi “Ya Qarabağ, ya ölüm” vatsapp qrupu Zəfər gününü olduqca təntənə ilə qeyd edib. Adminlərindən birinin də Mirzə Ceyhun bəy olduğu bu qrupda həm dövlətimiz, həm prezident İlham Əliyev, həm də Qarabağ həqiqətləri, Azərbaycanın tarixi  haqqında çox maraqlı məlumatlar yayılmışdır. Hərdən bəzi qrup üzvləri yaşadıqları ölkələrdə Azərbaycanın adına xələl gətirən hadisələrə də sinə gərərək mübarizə aparırlar.

 Təzəlikcə qrupda yayılan məlumatdan və videodan aydın oldu ki, Moskvada yerləşən Rumyantsev Ticarət Mərkəzinin geniş və uzun  dəhlizlərində Azərbaycan bayrağı palaz kimi yerə döşənib. Ticarət Mərkəzinə gələn hər kəs də bu bayrağımızı ayaqlayaraq keçib gedir. Belə bir video qrupda da yayıldı. Çox sevindirici haldır ki, heç bir gün keçməmış, Moskvada yaşayan dəyərli soydaşlarımızdan biri, Şamaxıdan olan Elnur bəy təkbaşına bu alçaq ideya müəllifinin erməni olduğunu aydınlaşdırıb və bayrağın yerdən yığışdırılmasına nail olub. O, Ticarət Mərkəzinin direktoru ilə çox gərgin söhbətlər aparmış və sonda müstəqilliyimizin rəmzi olan dövlət bayrağının təhqirinə son qoya bilmişdir. Elnur bəyin paylaşdığı videodan görünür ki, bir gün əvvələ qədər yerə sərilmiş olan bayraq orada artıq yoxdur.

 Belə vətənpərvər oğullarımıza görə qürur hissi keçiririk. Məhz bu kimi vətənini, torpağını, dövlətini sevən oğulların sayəsində bir il bundan əvvəl Qarabağın  30 illik işğalına son qoyuldu və noyabırın 8-də Zəfər gününü təntənə ilə qeyd etdik. Elnur bəyin bu fədakarlığı Zəfər günümüzə, sanki bir töhfə oldu. Belə dəyərli, vətənini sevən Elnur bəyə hamımızın adından təşəkkür edərək deyirik: halal olsun sənə vətənimizin suyu, çörəyi, havası. Xarici ölkələrdə sənin kimi qeyrətli oğullarımızın varlığı imkan verməz ki, Azərbaycanın adına, nüfüzuna zərər gəlsin. Eşq olsun sənin kimi vətən, dövlət, bayraq təəssübü çəkən vətənpərvər oğullarımıza!

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN