13 noyabr 2021-ci il tarixdə saat 07:12-də Azərbaycan Respublikasının Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə, avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atmışdır... Və sonradan bu terrorçu həbs edilərək rus hərbçiləri tərəfindən naməlum istiqamətı aparılmışdır.
İndi sual olunur: niyə bu terrorçu yerindəcə güllələnmədi? Buna hərbi qanun icazə vermirdimi? Tanınmış vəkil Muxtar Mustafayev bu suala belə cavab verib "Orduda çavuş və zabit (xidmət zamanı saatdar, dəyişdirici, qarovul rəisinin köməkçisi) kimi xidmət etmiş şəxs kimi deyirəm qumbara atan erməniyə dərhal öldürücü atəş açılmalı idi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsində deyilir:
-Saatdar (Часовой):
167. Saatdar toxunulmaz şəxsdir. Saatdarın toxunulmazlığı aşağıdakılardan ibarətdir:
hüququnu və şəxsi ləyaqətinin qanunla xüsusi qorunmasından;
ancaq müəyyən şəxslərə — qarovul rəisinə, qarovul rəisinin köməkçisinə və öz dəyişdiricisinə tabe olmasından;
vəzifəsi ilə müəyyən edilmiş tələblərin bütün şəxslər tərəfindən sözsüz yerinə yetirilməsindən;
bu Nizamnamədə göstərilən hallarda və qaydada ona silah işlətmək hüququ verilməsindən.
……
173. Saatdar özünə və ya mühafizə etdiyi obyektə aşkar basqın olduğu hallarda xəbərdarlıq etmədən silah işlətməlidir."
Göründüyü kimi, saatdar terrorçunu dərhal neytrallaşdırmalı idi. Bunun isə həmin anda bir yolu vardı-güllələmək!
XXX
Xatırladırıq ki, Azərbaycan Respublikası Baş Prokuroluğun və Daxili İşlər Nazirliyinin "Təzadlar"a verdiyi birgə məlumatında bildirilir ki, bu gün 13 noyabr 2021-ci il tarixdə saat 07:12-də Azərbaycan Respublikasının Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan Respublikasının ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atmış, nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd etmişdir. Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır.
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN