"Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhəddəki mövcud vəziyyətlə bağlı tərəfləri təmkinli olmağa çağırır və üçtərəfli razılaşmaların icrasına tərəfdardır".

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Döyüşlərin yenidən başlaması ciddi narahatlıq doğursa da, Rusiyanın vasitəçiliyi sayəsində bunu dayandırmaq mümkün oldu. Rəsmi Moskva vasitəçilik səylərini davam etdirəcək. Məsələnin həlli yalnız Qarabağla bağlı ümumi razılaşmaları yerinə yetirməklə mümkündür”, – o deyib.

Kreml rəsmisi Rusiya, Azərbaycan, Ermənistan liderləri arasındakı görüşün zəruri olduğunu, amma bunun üçün bütün tərəflərin razılıq verməsinin vacibliyini söyləyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN