Bu gün Uels və Türkiyə yığmaları arasında Bakıda keçiriləcək Avropa çempionatının A qrupunun oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

 Bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.Onun sözlərinə görə, qarşılaşma üçün 29 minə yaxın bilet satılıb. Assosiasiyası rəsmisi bilet satışının davam etdiyini və çox az sayda biletin qaldığını sözlərinə əlavə edib.Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə görüşü saat 20:00-da başlayacaq. Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN