“Azərbaycan və Türkiyə üçün önəmli olan Zəngəzur dəhlizi layihəsi reallaşdırılmalıdır. Hesab edirəm ki, Ermənistanda da bu koridorun açılmalı olduğunu çox yaxşı anlayırlar”.

Bunu Gürcüstanın “Kvira” mediaholdinqinin press klubunda “Region müharibədən bir il sonra: nəticələr və yeni imkanlar” mövzusunda keçirilən mətbuat konfransında politoloq Nikoloz Metreveli deyib. Ekspertin sözlərinə görə, Ermənistanda bu dəhlizin həyata keçirilməsinə qarşı olanlar və revanşa meylli qüvvələr var: “Fikrimcə, Ermənistanın Baş naziri Nikol Paşinyan da çox yaxşı başa düşür ki, bu dəhliz açılmalıdır”. N.Metreveli hesab edir ki, Zəngəzur koridorunun həyata keçirilməsinin Gürcüstanın regionda tranzit funksiyasını azaldacağı ilə bağlı səsləndirilən fikirlər əsassızdır: “Bu layihənin reallaşdırılması Gürcüstan iqtisadiyyatına real təhlükə yaratmayacaq. Ölkənin tranzit rolunun kiçiləcəyi barədə proqnoz vermək tezdir, belə ki, bunun üçün ilkin zəmin yoxdur”, - deyə N. Metreveli bildirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN