Ermənistan Müdafiə Nazirliyi əsirlikdən qayıdan daha iki erməni hərbçinin adlarını açıqlayıb. Belə ki, onlar hərbçi Aren Aramyan (1993-cü il təvəllüdlü) və Mihran Musaelyandır (2000-ci il təvəllüdlü).

Ermənistan KİV-ləri xəbər paylaşıb ki, əsgər Aren Aramyan noyabrın 16-da Zəngəzurdakı dağlıq ərazidə baş verən toqquşmalar zamanı əsir götürülənlərdəndir. Eləcə də noyabrın 23-də Qarabağın Hadrut rayonu ərazisində Mihran Musaelyan azaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçib.

Bəli, Ermənistan Qarabağdakı sadə erməniləri başdan çıxarmasa, onlar Azərbaycanın nəzarəti altında yaşamağa razıdırlar. Məsələn, sosial şəbəkə istifadəçisi Manvel Aramyan yazır ki, biz artıq siyasətçilərin hoqqabazlıqlarından bezmişik… «Biz yaşamaq istəyirik, özü də adam kimi… Vaxtilə burada mehriban yaşayırdıq, indi uzun illərin acı nəticələrini təkrar yaşamalı olduq».

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN