"Akademik Ramiz Mehdiyevin sonuncu bəyanatı AMEA-nın rəsmi saytında yerləşdirilməsəydi və onun adı ilə bağlı olmasaydı, mətnlə tanış olan, siyasətdən az-maz başı çıxan istənilən şəxs dərhal düşünərdi ki, bəyanat radikal, barışmaz müxalifətin əsas fiqurlarından birinə məxsusdur".

Bunu Milli Məclisin deputatı Ülvi Quliyev akademik Ramiz Mehdiyevin AMEA-nın rəsmi saytında yerləşdirilən sonuncu bəyanatına münasibət bildirərkən deyib: "Akademikin bəyanatında yer alan “açıq-aşkar sifariş mahiyyəti daşıyan”, “diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü problemlərdən yayındırmağa hesablanmış” , “avtobus, yaxud cib müxalifəti”, “özünü buraxmış Parlament”, “Milli Məclisin ənənəvi növbətçi trolları”, “saxta deputatlar” və sair bu kimi fikirlər radikal müxalifətin siyasi leksikonu ilə tam uyğunluq təşkil edir, ondan heç nə ilə fərqlənmir. Nə qədər ağlasığmaz görünsə də, bu bəyanat radikal müxalifətin hansısa nümayəndəsinin deyil, uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevin adı ilə bağlıdır.

O, son vaxtlar keçmiş fəaliyyətini tez-tez yada salaraq, özünü Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə sadiq silahdaş adlandırır. Akademik kifayət qədər təcrübəli adamdır və yəqin özü də bilir ki, radikal müxalifətin siyasi leksikonundan heç nə ilə fərqlənməyən bu cür bəyanat müəllifinin hakim partiyaya və onun siyasi xəttinə guya sadiq olduğunu düşünməyin özü belə, sədaqət anlayışına həqarətdir. Ramiz Mehdiyevin sonuncu bəyanatı əqidədaş, silahdaş və sədaqət anlayışlarından geninə-boluna sui-istifadə edildiyi qənaətinə gəlməyə əsas verir. Akademik bu bəyanatdan və son açıqlamalarından sonra həmin ifadələri gərək dırnaq arasına alsın. Görünən real mənzərə budur ki, özünə qarşı ən ali səviyyələrdə hər zaman yalnız qayğı və hörmət görmüş bir şəxs bəyanatları ilə keçmişini inkar edərək ömür yoluna kölgə saldı".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN