Azərbaycanın Xalq şairi Vahid Əziz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri ilə bağlı
yazdığı şeiri "Təzadlar"a göndərib. Həmin şeiri təqdim edirik:
Yurdum qələbənin barını dərdi,
Açdı yollarına qolunu Şuşam.
Bura da Turanın türk elləridi,
Xoş gəldin, Ərdoğan, xoş gəldin, Paşam!
Dağ-dərə ətrini aldı doyunca,
Adını hər zaman tutarıq uca,
Qüdrətli əllərin uzanmayınca,
Sanardım yaralı, qanadsız quşam,
Xoş gəldin, Ərdoğan, xoş gəldin, Paşam!
Millətin dayağı- Ər doğulanlar,
Dünyaya gələndən coşub-yananlar,
Qələbə bayrağın ucaldan onlar,
Dünya örnək aldı son savaşımdan,
Xoş gəldin, Ərdoğan, xoş gəldin, Paşam!
Canlı abidəsiz el içində siz,
Tanrı istəyilə nər gücündəsiz,
Maşallah, bir boyda, bir biçimdəsiz,
"İlhamla əbədi!" - dedin, -"Qardaşam"!
Xoş gəldin, Ərdoğan, xoş gəldin, Paşam!