ANKARA, 21 İyun 2021, /TRTAJANS/ Koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Tükiyə dövlətinin tətbiq etdiyi komendat saatı iyulun 1-dən ləğv olunacaq.

Bu barədə  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 21 iyunda Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Şəhərlərarası və şəhərdaxili səfərlərdəki məhdudiyyətlərin də aradan qaldırıldığını deyən Türkiyə Prezidenti “Həyat Evə Sığar” (HES) kodunun tətbiqinin və ölkə boyu yeni növ koronavirusa qarşı peyvəndləmənin daha da genişləndiriləcəyini bildirib:

“Bu gün Nazirlər Kabinetinin iclasında qərar verdik: 1 iyuldan etibarən komendant saatı tamamilə ləğv ediləcək. Dövlət qurumları adi iş qrafiklərinə qayıdacaqlar. İctimai nəqliyyat xidmətlərindəki yaş məhdudiyyətləri ləğv edilir "- deyə Ərdoğan bildirib.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN