"Ukraynadakı müharibəyə görə Rusiyada istefa verən və ya ölkəni tərk edən, bununla da Rusiya Federasiyasını pis vəziyyətə qoyan "bir çox satqınlar” var, Kreml bunu əminliklə deyir...".
"Təzadlar" "Ria-Novosti"yə istinadla bildirir ki, Putinin sözçüsü Dmitri Peskov Meduza-ya şərhində belə deyib: "Yaxşı bilirsiniz, belə çətin vaxtlarda və belə situasiyalarda sadəcə bir çox insan öz mahiyyətini və kimliyini göstərir. Bir çox insan isə rus dilində desək, özünü satqın kimi aparır... Onlar özləri də sonra həyatımızdan yox olurlar. Kimsə vəzifəsini tərk edir, kimsə aktiv xidmət həyatını, kimsə ölkəni tərk edərək başqa yerlərə köçür. Təmizləmə belə baş verir. Kimsə qanunu pozur və buna görə məhkəmənin qərarı ilə cəzalandırılır. İndi Rusiyada müharibəyə qarşı çıxan insanlar qapılarına Z hərfini çəkirlər ki, bu da artıq Ukraynanın işğalının simvoluna çevrilib".
Peskov deyib ki, bu yolla insanlar Rusiya prezidenti Vladimir Putini “emosional və effektiv şəkildə dəstəkləyirlər” və belə insanların çoxluq təşkil etdiyi iddia edilir.
Rusiyada vəziyyətin bu həddə gəlib çatması arzu olunan deyil və təəssüf hissi doğurur...
A.Məmmədli