booked.netbooked.net booked.net  

...Rusiya Avropanı uzun illərdir qaz asılılığı ilə divara dirəmişdi... 

"Təzadlar" "Amerikanın səsi"nə istinadla bildirir ki, Avropa ölkələri Rusiyanın təbii qazından asılı olduqlarından bu ölkə ilə həmişə ehtiyatlı davranmışlar... Ukrayna ilə müharibə fonunda Avropa ölkələrinin, eləcə də ABŞ-ın Yaponiya və digər ölkələrin Rusiyaya tətbiq etdiyi ağır sanksiyalardan sonra Rusiya Avropaya verdiyi qazın qiymətini birə-beş artıracağını bildirmişdi... Nəhayət, ABŞ Rusiyanın qaz asılılığından ehtiyatlanan Avropa Birliyi ölkələrinin köməyinə çatdı. Bayden bu gün bəyan edib ki, Avropa Birliyi ölkələri bundan sonra və ilin sonunadək Rusiya qazından asılılıqdan tam xilas olacaq. Hələlik AB ölkələrinə 15 milyard kubmetr qaz veriləcək, sonrakı müddətdə isə bu rəqəm daha da artırılacaq. Bayden AB sədri ilə söhbətində bu razılaşmanı təsdiqləyib və icraya başlanılıb.

***

Bu gün Rusiyaya daha bir təhlükəli zərbə Fransadan gəldi. CNN-Türk xəbər yaydı ki, Makron Rusiyanın qazın qiymətinin rus rublu ilə ödənilməsi tələbindən qəti imtina edib... Beləliklə, Avropa ölkələri üçün Rusiya qazından asılılıq kimi təhlükə tamamilə aradan qaldırılır. Bu isə Rusiya iqtisadiyyatının bundan sonrakı vəziyyətini ciddi təhlükə qarşısında qoyacaq. 

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN