Rusiyanın Ukraynada törətdikləri və ölkənin sanksiyalarla üz-üzə qalması, iqtisadiyyatın pis günə salınması Putin hakimiyyətinin sonu kimi görünmürmü?

Elə bu real məntiqlə ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiya prezidenti Vladimir Putin vəzifəsində qalmamalıdır.Sitat: "İmperatorluq qurmağa çalışan diktator heç vaxt insanların azadlıq sevgisini məhv edə bilməz. Kobud güc onların azadlıq iradəsini heç vaxt silməyəcək. Ukrayna heç vaxt Rusiyanın qələbəsi olmayacaq. Azad xalq ümidsiz və qara bir dünyada yaşamaqdan imtina edir. Qarşıda qaydalar və demokratiya üzərində qurulmuş daha yaxşı, parlaq gələcək, ümid və işıq, ləyaqət və ləyaqət, azadlıq və imkanlarla dolu gələcək olacaq. Allah xatirinə bu adam hakimiyyətdə qala bilməz”.
"Təzadlar" xatırladır ki, Bayden çıxışında dünya demokratiyalarını diktatorlara və avtoritar rejimlərin zorakılığına qarşı çıxmağa çağırıb. O, əmin edib ki, ABŞ və Qərb dünyası Ukraynanın tərəfindədir. 

Dəhşətlisi budur ki, Rus işğalçıları Lvova raket zərbələri endirərkən Amerika prezidenti Varşavada vətəndaşlarla danışırmış. Bayden Rusiya təhlükəsi fonunda NATO-ya üzv ölkələrin birliyini gücləndirmək və Ukraynanı dəstəkləmək üçün Polşada çoxgünlük səfərdə olub... Xüsusilə, o, martın 25-də Polşa-Ukrayna sərhədi yaxınlığındakı Rzeşovdakı Amerika hərbi bazasına, martın 26-da isə Varşavanın əsas stadionunda Ukrayna qaçqınlarına yardım mərkəzinə baş çəkib. Çıxışında Bayden qeyd edib ki, ukraynalı uşaq və qadınlarla ünsiyyətdə olarkən, atalarının, qardaşlarının, oğullarının və kişilərinin döyüş meydanında ölə biləcəyini düşünərək göz yaşlarını çətinliklə saxlayaraq, onlarda o qədər güclü bir kədər hiss edib ki, bütün gücü tükənib. Bayden emosiyalarını güclə saxlayıb...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN