Müharibə başlayanda fəaliyyətini məcburən dayandırmış Avropa İttifaqının Ukraynadakı nümayəndəliyi Kiyevdə işini yenidən bərpa edib.

Tezadlar.az “Avropa həqiqətləri”nə istinadla bildirir ki, Aİ bu gün Twitter-də "Aİ Kiyevə qayıtdı!" başlıqlı paylaşım edib. Mesaj səfir Matti Maasikasın fotoşəkili və Ukraynadakı nümayəndəliyin binası qarşısında quraşdırılmış bayraq dirəyində qurumun bayrağının təsviri ilə edilmişdir. 

Xatırladaq ki, aprelin 8-də Avropa diplomatiyasının rəhbəri Josep Borrell müharibə başlayandan sonra Polşaya köçən Aİ-nin Ukraynadakı nümayəndəliyinin işinin indi yenidən Kiyevdən həyata keçiriləcəyini açıqlamışdı. Aİ nümayəndəliyinin Ukraynada yenidən fəaliyyətə başlaması müsbət haldır. Bu artıq o deməkdir ki, Kiyevin təhlükəsizliyinə təminat var. Bunun ardınca kiyevlilərin də öz evlərinə və iş yerlərinə qayıtması başlaya bilər. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN