Agentliyin əməkdaşı Səbinə Seyidova tələbələrə televiziyada proqram strategiyası mövzusunda mühazirə deyib.
Medianın İnkişafı Agentliyi ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq çərçivəsində Jurnalistika fakultəsinin tələbələri ilə görüş keçirilib.
Bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Agentliyin əməkdaşı Səbinə Seyidova tələbələrə televiziyada proqram strategiyası mövzusunda mühazirə deyib, audiovizual mediada jurnalist fəaliyyətinin incəliklərindən danışıb.
Xatırladaq ki, 8 aprel tarixində də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Audiovizual Şuranın sədri İsmət Səttarov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində olublar. Görüşdə universitetin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və professor-müəllim heyəti iştirak edib.
TEZADLAR.AZ