...Rusiya dünən daha bir hərbi itki ilə üzləşib. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Ukraynanın “Neptun” gəmi əleyhinə raket sistemləri Rusiyanın Qara dəniz donanmasındakı “Moskva” kreyserini vurub. Bu barədə Odessa hərbi adminstrasiyasının rəhbəri Maksim Marçenko bildirib. O deyib ki, “Biz təsdiq edirik ki, “Moskva” kreyseri sərhədçilərimizin göndərdiyi İlan adasında göndərdiyi raketlə vurulub”. Baş verən hadisə ilə bağlı Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserində yanğın olduğunu təsdiqləyib, lakin yanğının ısl səbəbləri barədə hələki heç bir rəsmi xəbər yoxdur. Nəticədə döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib.
Ukrayna Müdafiə Nazirliyi, həmçinin xəbər verib ki, Rusiya Mariupula güclü hücum planı hazırlayır. 9 may Faşizm üzərində qələbə Paradı günü yaxınlaşdıqca rəsmi Kreml əsəbləşir, Ukraynanın mülki obyektlərini darmadağın etməyə çalışır.
A.Məmmədli