…Dünya mətbuatı 550 nəfərlik heyətlə birgə yanan "Moskva" raket kreyserindən yazmaqdadır. Kreyser dünən gecə saatlarında
Ukraynanın "Neptun" raketləri ilə vurulub. Gəminin bortu 64 ədəd S-300F, Fort zenit raketi, 4 "Osa" ZRK, 36 zenit artilleriyası, 16 gəmi əleyhinə raket, 2 sualtı qayıqlar əleyhinə raket sistemi və bir döyüş helikopteri ilə təchiz olunmuşdu. SNN-Türkk-ün xəbərlərində qeyd olunur ki, bəzi iddialara görə "Moskva" raket kreyseri əvvəlcə "Bayraktar"la vurulub, kreyserin "Fort" hava hücumundan müdafiə sistemi (radar sistemi) zədələnib, gəmi raket hücumundan müdafiə imkanını itirib. Bundan sonra liman tərəfdən 2 əsəd "Neptun" raketi buraxılıb. Aprelin 14-də yerli vaxtla gecə saat 1.05-də SOS-a siqnal verilib, 2.05-də gəmi tamamilə batıb. Qara dənizdə, Odessa yaxınlarında "Neptun" raketləri ilə vurulan "Moskva" raket kreyseri şiddətli yanğından sonra gecə saatlarında batıb. Gəminin heyəti və desantçılar evakuasiya olunub. 54 dənizçinin Türkiyə xilasediciləri tərəfindən xilas edildiyi qeyd olunur. Rusiya Müdafiə Nazirliyi isə gəmidə yanğına döyüş sursatlarının partlamasının səbəb olduğunu iddia edir. "Moskva" Rusiya hərbi donanmasının ən çox böyük raket kreyserlərindən idi və Qara dənizdə donanmanın flaqmanı sayılırdı, Rusiyanın Suriya və Gürcüstandakı hərbi əməliyyatlarında iştirak edib…
***
Tanınmış tele-jurnalist, siyasi ekspert İbrahim Nəbioğlu isə «Moskva» ilə bağlı maraqlı status paylaşıb. Sitat: «…Ötən axşam Haber Global canlı yayınında ikən telefonuma “Moskva” kreyserinin vurulduğu haqda bir xəbər gəldi. Kiyevdən bir tanışım idi. Əvvəl inanmadım doğruluğuna. Sonra bir link atdılar. Saxlaya bilmədim özümü, canlı yayında söylədim. Nə moderator Saynur Tezel, nə yanımda oturan dostum, general Özgür Tör, nə də digər qonaqlar – Sinan Oğan və prof. Hasan Basri Yalçın ciddiyə almadılar xəbəri… Gecə 01-də evə dönərkən baxdım ki, xəbər Twitter-də TT olub… Səhər isə hər kəs Dünyanın 2-ci ordusunun biabırçı uğursuzluğundan yazırdı… Qara dənizdə tarümar oldu Rusiya. Niyə tarümar yazdım? Çünki Rus Donanmasının admiral gəmisi sayılan Moskva kreyserinin batması bu anlama gəlir:
- Odessaya amfibiya hücumu ehtimalı azalır;
- Qara dənizdəki Rus donanması raket və dron hücumlarına daha müdafiəsiz hala gəlir;
- Rus donanması da quru və hava qüvvələri kimi savaşa tam hazır olmadığı, motivasiyasının aşağı olması bir daha təsdiqləndi;
- “Dünyanın 2-ci ordusu” olması haqdakı mif yenə də ciddi bir yara aldı…».
Bəli, müharibə ağır itkilərdir, dəhşətdir, amma təcavüzkarlıq isə bundan da betər bəlalar gətirəndir…
A.Məmmədli