...Keçmiş maliyyə naziri, professor Saleh Məmmədov Milli Bankın İdarə Heyətinin sabiq sədri Elman Rüstəmovun 28 illik bank sədrliyini sərt tənqid etdi. S.Məmmədov özünün sosial şəbəkə hesabında yazır: -Banklar ölkə iqtisadiyyatının qan damar sistemidir. Hər hansı damarda tıxanıqlıq yaranması insanın ölümünə səbəb ola bilir. Azərbaycanda bank sistemində hər addımda tıxanıqlıq müşahidə olunur, sadəcə tıxanıqlıq dan xilas edən neftdi. 180 milyard manat prezidentin təqdim etdiyi öz xüsusi kredit və bank resurslarından Azərbaycan bank sistemi cəmi 17 milyard manatını kredit təklifinə çevirib və faizləri 18-20% səviyyəsində saxlayır, xarici bank biznesi qətiyyən ölkəyə buraxilmır. Top yüzlükdə olan bankların çox yox 5-i Azərbaycan bank bazarına buraxılan gününün sabahı gün faizlər mütləq 1-3-ə faizə düşəcək Digər tərəflərdə ölkə pul qıtlığı şəraitində boğulur. Bir trilyon dollarlıq investisiyaya ehtiyac var, investisiyaların həcmi (əsas kapitala, hətta qeyri neft sektoruna) 2014-cü ildən bəri hər il azalmaqda davam edir, hətta son iki ayda belə...bu rəsmi statistika məlumatlardır. İnvestisiya azalan vaxtı iqtisadi artım əldə etmək möcüzə kimi görünür. Heç kim düşünməsin ki, bu investisiyaların yerini büdcə və valyuta resursları ilə doldurmaq lazımdı. Əsla, yox, bu investisiyaları banklar təmin etməli idi və trilyonlara çata bilən mənbələr var bankların əlində. Resurs cəhətdən bu ölkə Azərbaycan prezidentinin yaratdığı resurslar nəticəsində dünyanın top 5 ölkələri siyahısına (nisbi) daxildir. Bu resursların finansallaşması (financialization) indeksinə görə, yəni maliyyə aktivlərinə və investisiya mənbələrinə çevrilmə səviyyəsinə görə dünyanın son 10 ölkəsi içərisindədir və 1860-cı ildə ABŞ, Böyük Britaniya, İsveçrə-nin nail olduğu səviyyədədir- 162 il geridə. Bu gün ölkənin taleyi 70-80% Mərkəz bankının və bütövlükdə bankların işindən asılıdır. Yeni rəhbərin üzərinə böyük yük və məsuliyyət düşür. Həm 30 ildə buraxılan problemlər aradan qaldırılmalı, həm də sürətli rəqəmsallaşma arxasınca qaçmaq, çox sürətlə qaçmaq lazımdır. Uğurlar arzu edirəm.
Dərin hörmətlə, prof. İ.e.d. Saleh Məmmədov
*** 
Bildiyimiz qədər, Elman Rüstəmov Milli Banka məhz Saleh Məmmədovun təklifi ilə qoyulmuşdu... Lakin sonradan ümidlər faizləşdi- Azərbaycan insanları bank faizlərinin girovuna çevrildi... İndi banklar dünyada olmayan faizlərlə Azərbaycan vətəndaşlarının gününü göy əskiyə büküb. Hansı ailəni dindirirsən, kredit faizlərindən müflis hala düşüb. İntiharların, qanunsuz əməllərə qurşanmağının əksəriyyəti buna görədir... Əmanətlər illik 1-2 faiz, kredit isə 18-25 faiz! Bu qədər də insafsızlıq olarmı? 
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN