Avropa Komissiyası, çox güman ki, şərtlərlə Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edəcək, amma Gürcüstanla bağlı suallar qalır...
Tezadlar.az bildirir ki, bu barədə “Azadlıq” radiosunun avropalı redaktoru Rikard Jozviak yazıb. Sitat: "Bu gün Avropa Komissiyasında Ukrayna, Moldova və Gürcüstanın üzvlük ərizəsi ilə bağlı ilkin müzakirəsi keçirilib. Görünən odur ki, Ukrayna və Moldova üçün ilkin şərtlərlə namizəd statusu veriləcək, lakin Gürcüstanla bağlı hələ də suallar var. Cümə günü isə üzv ölkələr gələn həftə yekun hökmünü verəcəklər”.
Xatırladaq ki, iyunun 11-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevdə prezident Vladimir Zelenski ilə danışıqlar aparıb və Ukraynanın Aİ-yə üzvlük müraciətinin qiymətləndirilməsini gələn həftənin sonunadək yekunlaşdıracaqlarını bildirib. Daha əvvəl bildirilmişdi ki, fon der Leyenin səfərinin məqsədi prezident Zelenskiyə vəziyyəti şəxsən izah etmək və Kiyevin Aİ sammitinin mənfi qərarının qarşısını necə ala biləcəyini təklif etməkdir. Mənbələrin məlumatına görə, Aİ Ukraynaya namizədin statusu ilə bağlı “müsbət” və “mənfi” qərarlar hazırlayıb. Niyə iki qərar, bu barədə Rikard Jozviak açıqlama verməyib.
A.Məmmədli