""ZƏFƏRİN ZİRVƏSİ": VƏTƏN MÜHARİBƏSİNDƏKİ QƏLƏBƏMİZİN VİRTUAL-KREATİV SALNAMƏSİ"
AGF və YYSİB-nin kreativ layihəsi
Azərbaycan Respublikasının Gənclər Fondunun 16-cı Qrant Müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən üç ay 20 dekabr 2022 – 20 mart 2023-cü il tarixlərində reallaşdırılacaq “Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi” layihəsi həyata keçirilməyə başlayıb. “Gənclər arasında milli mənəvi dəyərlərin, ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği” istiqaməti üzrə keçirilməsinə başlanılan fəliyyətlər haqqında YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilov geniş məlumatları media üçün açıqlayıb.