HƏSƏN ƏBLUCUN 80 İLLİYİDİR
Yaşasaydı, unudulmaz sənətkarın bu gün 80 yaşı tamam olacaqdı...
Yaşasaydı, unudulmaz sənətkarın bu gün 80 yaşı tamam olacaqdı...
Azərbaycanın xalq artisti Nəsibə Zeynalova düz 106 il əvvəl Bakı şəhərində - Kərbəlayı Cahangirin ailəsində dünyaya göz açıb.
Prezident İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Milyon ilin sevgisi, ayrılığı, həsrəti yeni biçimdə, yeni çalarda gənc və istedadlı yazar, eyni zamanda peşəkar həkim-fitoterapevt Elnur Eldar oğlunun rus dilinə tərcümə olunmuş şeirlərindən ibarət "Синдром любви" adlı kitabında şeirsevərlərin görüşünə gəlib.
Turist kimi gəzmişəm
Qarış-qarış yurdumu!
Hələ yada salmıram
Süründüyüm Ordumu!
Əlimdə qayçı, dəryaz,
Toz-torpaq uda-uda!
İstəyirəm mən dönəm
Nisgilli, dərdli yurda!
Gözümüzü açandan,
Eşitdik; “Araz”, “Araz”...
O vaxtlar Qarqar bizə,
Dayaz idi, damdayaz...
İndi keçilməz olub,
Dərindən də dərindi...
Yeganə təsəllimiz,
Bu dərdimiz sərindi...
Bir də ümid çırağı,
Qurumayan o kəhriz...
O vaxtlar düşünərdik,
-”Nə ərköyün bu kəhriz...”-
Kənkanlarla qol-boyun
Yaşamaqdan zövq alır.
Onlar nazın çəkməsə,
Suyu tez-tez azalır...
İndi bu fikrə görə
Utanıram özümdən...
Düz otuz il sərasər
Yaş axıdıb gözündən...
Arınıb zir-zibildən,
Xirtdəyinə çıxsa da...
Axıdıb göz yaşını,
Öz içinə axsa da...
İndi mən o kəhrizin
Yanına turusit kimi...
Yaxası zınqırovlu,
Muncuqlu artist kimi...
Necə gedim, a millət!?
Dilə gəlib deməzmi:
-Hanı sənin külüngün?!-
Göz yaşını yeməzmi?!
Ya evimin divarı,
Qarqarın qara daşı,
Şahbulağın ağ daşı,
Atıb-tutmazmı başı?!
Soruşmazmı, nə vaxtdır,
Hardasan, “İşlərbaşı”!?
Qalmayıb xanəgahın,
Artıq daş üstə daşı...
Hanı malan, şuğulun!?
Ya isgənən, sığırğan!?
Neçə vaxtdır, hardasan!?
-Budra hamı bağrı qan...
Bəlkə də kəhriz kimi,
Arılar da vəfalı...
Kötüklər ta çürüyüb,
Pətək arar səfalı...
Kol-kos basmış arxların
İtib bəndi-bərəsi...
Məni görcək deməzmi,
-Hanı bunun dəhrəsi!?-
İndi mən o kəhrizin
Yanından turusit kimi...
Yaxası zınqırovlu,
Muncuqlu artist kimi...
Ötüb keçə bilmərəm,
Bəlkə bir “ajıqıjı”
İllərdi yol gözləyir,
-Harda qaldı bu “Qıjı”!?
Məndən dastan gözləyən,
Mən “Zəfər dastanım”ı
Bax, orda yazacağam,
-Əkəcəm bostanımı...
Hər tutumu çırpanda,
Ya da üzüm dərəndə...
Axtalıq zoğalları
Kölgəliyə sərəndə...
Gözü bıçaqlı əzgil
Batsın sənin gözünə...
Buz quyumdan içməmiş
Söz baxarmı sözümə!?
Ən sonuncu adamsan,
Bu işdən söz açmağa!
Qısqı bərk gələn kimi
Yer gəzərsən qaçmağa...
Öz işinlə məşğul ol!
Qoy, dərdli dərdin çəksin...
Gilas da dəriləcək,
Döz, barı bir ting əksin...
Zaur Ustac
17.04.2022. - Bakı