Odessanın tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu barədə çərşənbə günü beynəlxalq təşkilatın mətbuat xidməti məlumat yayıb.

"Ümumdünya İrs Komitəsi çərşənbə günü Odessa Liman şəhərinin (Ukrayna) Tarixi Mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə qərar qəbul edib. Bu qərar obyektin müstəsna universal dəyərini və onu qorumaq üçün bütün bəşəriyyətin borcunu tanıyır", -  bəyanatda deyilir.

O, həmçinin qeyd edir ki, Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi üzrə Konvensiyaya əsasən, onu qəbul etmiş bütün 194 ölkə Ümumdünya İrs əmlakına birbaşa və ya dolayısı ilə zərər verə biləcək hər hansı qəsdən addım atmamaq və bu sahədə əməkdaşlıq etmək öhdəliyi götürürlər.

"Yeni status, həmçinin Kiyevə obyektin zədələndiyi halda onun mühafizəsini və bərpasını təmin etmək üçün "təkmilləşdirilmiş texniki və maliyyə beynəlxalq yardım" tələb etmək imkanı verir", - bəyanatda bildirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN