Hərbi ekspert Ədalət Verdiyev sosial media platformasında yazıb ki, Laçında Qarabağın ən böyük məscidi tikilir...
Ekspert onu da əlavə edib ki, işğaldan azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri çərçivəsində məscid və məbədlərin, dini inanc yerlərinin bərpası və tikintisi xüsusi nəzarətdə saxlanılır. "...Bu barədə “Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini Elnur Abdullayev açıqlamasında deyib. O qeyd edib ki, Laçın şəhərində hazırda inşa edilən məscid binası azad olunan ərazilərdə ən böyük məscidlərdən biri olacaq. Qeyd edək ki, erməni vandalizmi Laçındakı ibadət ocaqları, məscid və digər abidələrdən də yan keçməyib. Erməni işğalı zamanı daş-divarlarındakı yaddaş tarixləri silinərək erməniləşdirilməyə və dünyaya erməni xalqının yazılı abidələri kimi təqdim edilməyə cəhd olunub. Torpaqlarımız azad olunduqdan sonra isə yaşayış yerləri və digər infrastruktur işləri ilə paralel, sözügedən dini abidələrin, məscidlərin, məbədlərin bərpası və yenidən inşası da xüsusi diqqətdə saxlanılır. Hazırda Laçın şəhərində yeni məscid inşa olunur...".
Sitatın sonu...
Bəli, nəinki işğaldan azad edilmiş ərazilərdə, eləcə də Azərbaycanın digər bölgələrində dini, tarixi və mədəniyyət abidələrimizin bərpasına, yenilərinin tikintisinə ehtiyac var. Lakin güman edirik, indi Azərbaycan cəmiyyətinə daha çox elmi-tədris ocaqları lazımdır. Çünki tarixdə başımıza gələnlərin hamısı tariximizi mükəmməl bilməməyimizdən baş verib. Və elmi yanaşmamız olmayıb, tariximizi bizə düzgün öyrətməyiblər, dostumuz tanıtmayıblar... Və müşahidələr də təsdiqləyir ki, ən çox əzab görən xalqlar əsasən müsəlmanlardır, dinə fanatikcəsinə ibadət edənlərdir...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN