Türkiyədə VI Türk Dünyası Sənədli Film Festivalı və Müsabiqəsi keçiriləcək.

Festival Türk Dünyası Jurnalistlər Federasiyasının təşəbbüsü ilə baş tutacaq. Türkiyə KİV-nin məlumatına görə, Türk Dünyası Sənədlil Film Festivali və Müsabiqəsi Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Respublikası (Qıbrız), Macarıstan və Makedonya başda olmaqla  Rusiyadakı muxtar türk cumhuriyyətlərindən Tatarıstan, Çuvaşıstan, Başqırdıstan, Tuva, Yakutiya, Dağıstan, Hakasiya və qohum topluluqlarının iştirakı ilə həyata keçiriləcək.

  Bu il "Türk mədəniyyəti və türkün dünyaya baxışı" başlığı ilə olacaq festivalda Azərbaycanı İstanbul Universiteti İctimaiyyətlə Əlaqələr fakültəsinin radio, televiziya və kino bölümünün aspirantı Səidə Ömər "Xocalıya ədalət!" sənədli filmi ilə təmsil edəcək.

Festivala tələbə nominasiyası üzrə təqdim olunan ekran əsərində "Şuşa" filmindən, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Mustafayevin, operator Seyidağa Mövsümi, Ağasuhun Məmmədlinin Xocalı soyqırımı zamanı çəkilən arxiv video-materiallarından istifadə olunub.

 Qeyd edək ki, Azərbaycandan Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti festivalın həyata keçirilməsini dəstəkləyir.

Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun  Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator  Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı  qətliamının görüntülərini lentə alması mümkün olmuşdu. Həmin dövrdə Çingiz Mustafayev (8 ay ərzində) Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkmişdir.

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı.  Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa Mövsümi öz çəkdiyi kadrlar əsasında "Xocalı əsrin faciəsi" adlı film hazırladı. Bu Xocalı soyqırımı hadisəsi haqqında ilk film idi.

Çingiz Mustafayev 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçivanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir. Qardaşı Vahid Mustafayevin sözlərinə görə, Çingiz "ABC News" üçün material hazırlayırmış. Yaranan çətin vəziyyətə baxmayaraq, o, həmin hücumu çəkir. Minaatandan açılan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralanır, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələnir və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişir. Lakin Çingiz Mustafayevin kamerası hələ də çəkməkdə davam edirdi...

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN