Biz dağ yəhudilərinin ibadət yeri olan sinaqoq Azərbaycan dövləti tərəfindən tikilib.
TEZADLAR.AZ xəbər verir ki, bunu Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfrans öncəsi jurnalistlərə bildirib.
"Eyni zamanda, hazırda yəhudi dini mədəni mərkəzi də məhz Azərbaycan Prezidentinin sərəncamı ilə tikilir. Azərbaycan budur", - deyə o qeyd edib.
Xatırladaq ki, "Şöhrət" ordenli icma rəhbəri 2018--ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvüdür