Engin Altan Düzyatan Bakıya gələcək.
Bu haqda Türkiyə KİV -i məlumat yayıb. Bildirilib ki, sənətçi Azərbaycanın paytaxtında 11-22 noyabrda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Beynəlxalq Məşvərət Şurasında öz ölkəsini təmsil edəcək.
Aktyor iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan addımları təbliğ etmək vəzifəsi daşıyan dünya ictimaiyyətinin 21 nüfuzlu nümayəndəsi arasında yer alacaq.
Xatırladaq ki, Engin Altan Düzyatan 2023-cü ildə Dubayda keçirilən COP28-də də iştirak edib.
Engin Altan Düzyatan, 1979-cu il 26 iyul tarixində Türkiyə Cümhuriyyətinin İzmir şəhərində anadan olub. 1996-cı ildə “9 sentyabr” Universitetinin Teatr fakültəsinə daxil olmuşdur. 2001-ci ildə bu universitetdən məzun olaraq İstanbula getmiş və DOT Teatrı və Kenter Teatrında çalışmış, bundan başqa Diyarbəkir Dövlət Teatrında işləmişdir.
Məşhur aktyor - "Yeditəpə İstanbul", "Koçum Mənim", "Bir bulud olsam", "Qapalıçarşı", "Son", "Yol Ayrımı və Cinayət" kimi televiziya seriallarında və Romantik Komedi 1, Romantik Komedi 2, Bir ovuc dəniz, Nyu-Yorkda 5 minarə, Anadolu Qartalları, Bu işdə bir yalnızlıq var kimi layihələrdə iştirak etdi. Eyni zamanda “Bir milyon canlı para” müsabiqəsinin aparıcısı olub.
Onu da qeyd edək ki, Azərbaycan tamaşaçıları onu daha çox Dizyatanı Tekden Film tərəfindən hazırlanan - ssenarisini Mehmet Bozdağın yazmış olduğu "Diriliş Ərtoğrul" teleserialında - Ərtoğrul Qazi rolu ilə sevib və yaddaşlarda yer alıb.
JASMİN