Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında

həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi davam edir. Layihəyə yeni qoşulan  uşaq yazıçısı Nazilə Rahibqızı kitabxanaya çoxlu sayda yeni yazdığı “Səyahət edirəm – Bakı”  kitabını hədiyyə etdi. Kitab ilk səhifələrindən məzmunu və tərtibatı ilə balaca oxucuların diqqətini cəlb edir. Oradakı informasiya  uşaqlara orjinal formada təqdim edilir. Bakı şəhərini sevən yazıçı balaca oxucuları sevə-sevə bu qədim şəhərə səyahətə dəvət edir. Kitab uşaqlara Bakı şəhərindən maraqlı məlumat verir. Kitabda Bakının  memarlıq abidələri haqqında verilən  məlumat oxucularının diqqətini cəlb edir. Uşaqlara Bakı Dənizkənarı Milli Parkın  ecazkarlığı, Xəzərin zənginlyi, Azadlıq Meydanında yerləşən Hökumət Evi, Bakının teatrları, qədim İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalası,  qala divarlarına bitişik olan Filarmoniya Bağının gözəlliyi, Fəvvarələr Meydanı, 19-cu əsrdə şəhərin mərkəzində salınmış “Parapet” Bağı, Milli Olimpiya Stadionu və s. tikililər haqqında məlumat verilir. Kitabda balaca oxucuların məntiqini inkişaf etdirən, onların  marağına səbəb olan əyləncəli suallar da var. Burada onların maraq dairəsinə uyğun rəngləmələr, bulmacalar  verilmişdir. Kitabdakı rəngarəng şəkilləri rəssam Ülviyyə Xəlili çəkmişdir. Balaca oxucular kitabı Yasamal rayonunun Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan bütün kitabxanalarda oxuya bilərlər. Yaxın vaxtlarda kitabın müəllifinin kitabxananın  oxucuları ilə görüşü təşkil olunacaq və kitabın təqdimatı keçiriləcək.

Y.Məmmədli

3-2

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN