Bir müddət öncə insult keçirən Xalq artisti Fatma Mahmudova evə buraxılıb.

TEZADLAR.AZ xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında aktrisa özü deyib. O bildirib ki, hazırda həkim nəzarətindədir:

"Müalicələrimi evdə davam etdirirəm. Həkimlər məni ölümdən qurtardılar. Çox ağır günlər keçirtdim. Xəstəxanada qalmaq çətin idi. Uşalqarım hər gün yanıma gəlib - gedirdilər. Onların əziyyət çəkdiyini görüb, evə gəlmək istədim. İndi də tibb bacıları evimizdədir".

Qeyd edək ki, F.Mahmudova ötən il də insult keçirmişdi. Aktrisa uzun müalicədən sonra səhhətinin düzəldiyini demişdi. O, yanvarın 29-da yenidən insult keçirib və xəstəxanaya yerləşdirilib.

Əlavə edək ki, xalq artistinin müalicə olduğu dövrdə onun dünyasını dəyişdiyi barədə şayiələr də yayılmışdı. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN