Nikitin adına kolxoz adını və təşkilati-hüquqi formasını dəyişir.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə kolxoz özü elan edib.

Belə ki, sözügedən kolxoz adını və təşkilati-hüquqi formasını dəyişərək "İvanovka Aqropark" Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilir.

Qeyd edək ki, təsərrüfat Kalinin adına kolxoz kimi 1936-cı ildə yaradılıb. 1953-cü ildən 1994-cü ilə kimi kolxoza Nikolay Vasilyeviç Nikitin rəhbərlik edib.

Təsərrüfat bitkiçilik (buğda, arpa, noxud, günəbaxan, tərəvəz, üzüm) və heyvandarlıq (iribuynuzlu, xırdabuynuzlu, donuzçuluq, quşçuluq) istiqaməti üzrə fəaliyyət göstərir.

Hazırda kolxozun qanuni təmsilçisi Uryupin Vasiliy İvanoviçdir.

 

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN