Milli Hidrometeorologiya Xidməti fevralın 14-ü gündüz bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edib.
Xidmətdən Tezadlar.az-a verilən məlumata görə, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lənkəran, Masallı, Cəlilabad, Lerik, Astara və Yardımlıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.
R.XUDATQIZI