Ukrayna hakimiyyəti ölkənin keçmiş prezidenti Petro Poroşenkoya qarşı "dövlət təhlükəsizliyinə təhdid" yaratdığına görə sanksiya tətbiq etmək qərarına gəlib.

Tezadlar.az bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Telegram kanalında məlumat verilib.

Fevralın 13-də Vladimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının bir neçə ukraynalı iş adamı və siyasətçisinə qarşı şəxsi iqtisadi sanksiyaların tətbiqi barədə qərarını təsdiqləyib. Sanksiyalara aktivlərin bloklanması, ticarət əməliyyatlarının qadağan edilməsi, dövlət mükafatlarından məhrum edilməsi və digər tədbirlər daxildir.

UTX-nin bəyanatında qeyd olunub ki, “İsrail vətəndaşı İqor Kolomoyski, Ukrayna vətəndaşları Gennadi Boqolyubov, Konstantin Jevaqo, Petro Poroşenko və Viktor Medvedçuka qarşı daimi sanksiyalar tətbiq edilib.

UTX bəyan edib ki, sanksiyalarla bağlı qərar “Ukraynanın dövlət təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə mövcud təhdidlər, habelə davamlı iqtisadi inkişafa maneələrin yaradılması nəzərə alınmaqla” qəbul edilib.

UTX vurğulayıb ki, Poroşenkonun prezidentliyi dövründə ölkə özünü “enerji asılılığında” tapıb. Hesabatda həmçinin qeyd olunur ki, Kolomoyski qanunsuz yolla əldə edilmiş pul vəsaitlərinin yuyulmasında şübhəli bilinir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN