İKİ ELMİ MÜƏSSİSƏ ARASINDA ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANDI
Genetik Ehtiyatlar İnstitutunun (GEİ) baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Pakistanın Punjab Universitetinin Molekulyar Biologiya Mükəmməllik Mərkəzinin direktoru, professor Kausar Maliki arasında elm, təhsil və texnologiya sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.